Apple Teslanın çox mühüm menecerlərindən birini işə götürdü


Digərləri 09 Apr 2019 08:11:00 226 0

Apple Teslanın çox mühüm menecerlərindən birini işə götürdü

Apple, Tesla-nın elektrik enerjisi ötürülməsi üzrə vitse-prezidentini işə götürdü. Bu hərəkət, Apple-nin avtonəqliyyat vasitələrinin işini sürətləndirəcək kimi şərh edildi.

Belə ki, Apple-nin elektrik və avtonom nəqliyyat vasitələri ilə bağlı planları barədə rəsmi açıqlaması yoxdur. Hətta şirkət avtonom nəqliyyat vasitələrinin istehsalını aşağı salmaqla dayandıracağını bildirirmişdi. Lakin, Apple-nin son hərəkəti göstərir ki, şirkət avtonom və elektrikli avtomobil istehsalı baxımından geridə qalmağı düşünmür.

Son.az chip.az-a istinadən bildirir ki, Apple, Tesla-nın elektrik enerjisinin ötürülməsi üzrə vitse-prezidenti Michael Schwekutsch-u şirkətin avtonom nəqliyyat vasitə layihəsini əhatə edən Özəl Layihə Qrupu Mühəndisliyi üzrə baş direktor (Senior Director of Engineering at the Special Project Group ) vəzifəsinə təyin etdi.