Amazon Yer orbitinə 3000dən çox peyk göndərəcək


Digərləri 09 Apr 2019 08:15:00 333 0

Amazon Yer orbitinə 3000dən çox peyk göndərəcək

Jeff Bezos-un şirkəti Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklər vasitəsilə insanlara qlobal internet xidmətinin təqdim olunması yarışına qatılır. Bunun üçün Yer kürəsinin aşağı orbitinə 3000-dən çox peyk göndərmək lazımdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Gün ərzində sürətli internet gələcəyin əsas tapşırıqlarından biridir və bu bazarın dəyəri 130 milyard dollar təşkil edir. Buna görə də heç təəccüblü deyil ki, həmin bazarda pay sahibi olmaq üçün bir çox şirkətlər rəqabətə qoşulublar. Kütləvi informasiya vasitələri nizamlayıcı orqanların sənədləri əsasında bu sahəyə qoşulmaq niyyətində olan yeni oyunçu barəsində məlumat aşkar ediblər. Söhbət, Jeff Bezos-un Amazon şirkətindən gedir.

Son.az technote.az-a istinadən bildirir ki, Jeff Bezos Yer kürəsinin aşağı orbitində 3000-dən çox peyk yerləşdirməyi istəyir. Kuiper adlı layihə ilə bağlı sənədlər Geekwire saytı tərəfindən ortaya çıxarılıb. Sözügedən sayt bu layihə üzrə Vaşinqtonun Kuiper Systems LLC şirkəti tərəfindən Beynəlxalq Telekommuniksiya Birliyinə (ITU) göndərilmə məqsədilə ABŞ-ın kommunikasiya üzrə federal komissiyasına yönləndirilmiş sənədləri aşkar edib və incələyib. Beləliklə Jeff Bezos insanları qlobal internet ilə təmin etmək üçün Yer kürəsinin aşağı orbitinə 3236 ədəd peyk göndərməyi planlaşdırır. Həmin peyklər yer kürəsinin səthində 590 km-dən 630 km-ə kimi hündürlükdə yerləşəcəklər. Aşağı orbitin əsas üstünlüyü siqnal ötürülməsi zamanı gecikmələrin olmamasındadır.

Sözügedən peyk şəbəkəsi 56 dərəcə cənub enindən 56 dərəcə şimal eninə kimi olan ərazini əhatə edəcək. Bu ərazidə isə Yer kürəsi əhalisinin 95%-i yaşayır. Amazon şirkətinin təmsilçisi Jeff Bezos-un bu layihə ilə olan əlaqəsini təsdiqləyib. "Kuiper layihəsi Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklərdən ibarət şəbəkədir hansı ki, hal hazırda yüksəksürətli internetə çıxışı olmayanları yüksəksürətli genişzolaqlı internet bağlantısı ilə təmin edəcəık. Bu, milyonlarla insanın xidmətini özündə birləşdirən uzunmüddətli layihədir" - deyə Amazon şirkətinin təmsilçisi bildirib. BMT-nin hesablamalarına əsasən Yer kürəsinin təqribən 4 milyard sakini stabil internet bağlantısına sahib deyil. Yüksəksürətli internet bağlantısının vacibliyi isə günü-gündən artır.