Pompeo: İranın Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumu cavabsız qalmaz


Dünya 09 Apr 2019 08:10:00 188 0

Pompeo: İranın Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumu cavabsız qalmaz

İranın Yaxın Şərqdə ABŞ qoşunlarına mümükün hücumu Tehran üçün cavabsız qalmaz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərin qarşısında çıxış edən ABŞ dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo bildirib: "Mən keçmişdə İranın xarici işlər naziri Zərifin çox bəyanatlarını eşitmişəm. Biz aydın şəkildə göstərdik ki, - həm ictimai, həm də özəl qaydada - ABŞ-ı hücum etməklə hədələyərək onlar iki dəfədən artıq düşünməlidirlər".

Dövlət katibi vurğulayıb ki, ABŞ bir həftədən sonra İslam İnqlabı Keşikçiləri Korpusunu ölkənin xarici terror təşkilatları siyahısına daxil edəcəklər.