"Uçan taksi" uğurla sınaqdan keçirildi


Digərləri 09 Apr 2019 07:51:00 208 0

"Uçan taksi" uğurla sınaqdan keçirildi

Avstriyanın paytaxtı Vyanada "uçan taksi" uğurla sınaqdan keçirilib.   "EHang 216" adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti "FACC" və Çinin "EHang" pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.   Son.az ICTnews-a istinadən bildirir ki, sınaqlar zamanı "uçan taksi" Avstriyanın "Generali Arena" stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.   Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan "uçan taksi"nin çəkisi 340 kq-dır. Saatda 150 km-dək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.   Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.