Qazaxda top və minaatan mərmisi, Ağstafada partladıcı tapılıb FOTO


Digərləri 09 Apr 2019 07:45:00 208 0

Qazaxda top və minaatan mərmisi, Ağstafada partladıcı tapılıb  FOTO

Qazaxda top və minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, aprelin 8-i saat 17:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən Qazax rayonun Cəfərli kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.


Xəbərə aid fotolar