Dəniz limanlarının tikintisi zamanı bu tələbə də əməl etmək lazım gələcək


Digərləri 09 Apr 2019 07:02:20 176 0

Dəniz limanlarının tikintisi zamanı bu tələbə də əməl etmək lazım gələcək

Azərbaycanda dəniz ticarət limanlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb ediləcək.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda dəniz ticarət limanlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb ediləcək. Trend-in məlumatına görə, bununla bağlı "Dəniz limanları haqqında" qanuna dəyişikliklərin edilməsi təklif edilir. Dəyişikliyə uyğun olaraq, dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli, eləcə də ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.