Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib


Digərləri 09 Apr 2019 02:40:00 184 0

Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Konsertdə xalq artistləri Aygün Bayramova “Qurban adına”, Gülyanaq Məmmədova “Laylay ”, Əməkdar artistlər Ehtiram Hüseynov “Sevgilim”, Rəşad İlyasov “Nazlı yarım”, Bəyimxanım Vəliyeva “Azərbaycana gəlsin”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Elgiz Əliyev “Sədaqətim var”, Sədəf Budaqova “Axtararsınız”, Rəvanə Əmiraslanlı “Sənsən yoxsa mən” və müğənni Aytən Məhərrəmova “Yandım elə yandım” mahnılarını ifa ediblər. Konsertin son nömrəsi olan “Bəs nə deyim” Bəyimxanım Vəliyeva və Rəvanə Əmiraslanlının ifasında səslənib.