10 milyonuncu sakinin dünyaya gəlməsi şərəfinə Şəkidə at yürüşü təşkil edilib FOTO


Digərləri 08 Apr 2019 23:09:00 212 0

10 milyonuncu sakinin dünyaya gəlməsi şərəfinə Şəkidə at yürüşü təşkil edilib  FOTO

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Oğuz elinin qədim yaşayış məskənlərindən biri olan, Şəki rayonunun Daşbulaq yaylağında at yürüşü təşkil edilib.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, respublika Milli Atüstü Oyunları Mərkəzinin Şəki filialının təşkilatçılığı ilə keçirilən yürüşdə 12 iştirakçı 20 kilometr məsafə qət edib.

Yarışmanın nəticəsinə görə Şəki idmançısı Elvin Babayev I yerə layiq görülüb. Ağcabədi rayonundan Elbrus Əliyev və Oğuz rayonundan yarışa qoşulmuş çapar Yavər Namazov II və III yerləri bölüşüblər.


Xəbərə aid fotolar