Kərgədan ovçusunun faciəvi sonu Fil əzdi, aslanlar yedi VİDEO


Digərləri 08 Apr 2019 22:50:00 184 0

Kərgədan ovçusunun faciəvi sonu  Fil əzdi, aslanlar yedi  VİDEO

Cənubi Afrikadakı Milli Parkların birində faciə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, kərgədan ovçusu fil tərəfindən əzilərək öldürülüb. Sonra isə onun meyiti aslanlara yem olub. Parkın işçiləri onu axtarışa çıxıblar və iki gün sonra kəllə sümüyü və paltarlarını tapıblar.

Hadisə Kruqer Milli Parkında baş verib. Ovçu ilə birlikdə ova çıxanlar onun fil tərəfindən əzilərək öldürüldüyünü ailəsinə xəbər veriblər. Bundan sonra meyiti tapmaq üçün parkın ərazisində axtarışa başlanılıb. İki gün sonra isə ovçunun aslanlara yem olduğu üzə çıxıb. Onun kəllə sümüyü və paltarları tapılıb.