İndoneziyada prezidentliyə namizədin təşkil etdiyi ibadətmitinqə yüz mindən çox insan qatılıb


Dünya 08 Apr 2019 22:10:00 193 0

İndoneziyada prezidentliyə namizədin təşkil etdiyi ibadətmitinqə yüz mindən çox insan qatılıb

İndoneziyada prezidentliyə namizəd, hazırda dövlət başçısı olan Coko Vidodonun qarşıdakı seçkilərdə əsas rəqibi olan Prabovo Subiantonun Cakartada təşkil etdiyi ibadət-mitinqdə 100 mindən çox insan iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mitinq ötən il keçirilən Asiya Oyunlarının əsas arenası olan Cakartadakı "Qelora Bunq Karno" stadionunda təşkil edilib. Stadion ümumilikdə 77 min tamaşaçı yerinə malikdir. İbadət-mitinq zamanı namizədin ağ paltar geyinmiş tərəfdarları tamaşaçı yerləri ilə yanaşı, futbol meydançasını və qaçış xətlərini də tutublar.

Namizəd P.Subianto çıxışında bildirib ki, onun proqramında ilk növbədə ölkədə dördüncü səviyyəli xərçəng xəstəliyi ilə müqayisə olunan korrupsiyaya qarşı mübarizə öz əksini tapıb. O, həmçinin deyib ki, İndoneziyanın iqtisadiyyatının sağlamlaşdırılması da növbəti administrasiyanın qarşısında duran əsas vəzifələrdən biridir. Bu, ölkədə iş yerlərinin yaradılmasına səbəb olar.