Türkiyədə Roma dövrünə aid 180 bürünc sikkə ələ keçirilib
Digərləri 08 Apr 2019 21:25:00 271 0
Türkiyənin Diyarbəkir şəhərində Roma dövrünə aid 180 bürünc sikkə ələ keçirilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bölgənin Jandarma Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları bir vətəndaşı sikkələri satmaq istəyərkən yaxalayıb. Tarixi əsərlər vətəndaşdan müsadirə edilib.
Mənbə: milli.az