"Yeşilçam"ın ilk qadın ulduzu sonradan çörək pulu üçün qabyuyan işlədi FOTO


Digərləri 08 Apr 2019 21:15:00 264 0

"Yeşilçam"ın ilk qadın ulduzu sonradan çörək pulu üçün qabyuyan işlədi  FOTO

Gənc bir balerina olduğu dövrdə kəşf edilən və türk kinosunun ilk qadın rejissoru və aktrisası olan Cahide Sonkunun acılarla dolu həyat hekayəsi var.

Son.az ölkə.az-a istinadən bildirir ki, Cahide 1919-cu ilin 27 dekabr tarixində Yəməndə anadan olub. Gənc bir balerina olduğu illərdə rejissor Muhsin Ertuğrul tərəfindən kəşf edilib.

Təbii gözəlliyi ilə məşhur olan Sonkuya Muhsin Ertuğrul həyat yoldaşı evlilik təklif edib. Amma aktrisa bu təklifi rədd edib. Aktrisa sonradan varlı iş adamı İhsan Dorukla ailə qurub və Ender Doruk adlı qızı dünyaya gəlib. Sonkunun qızı o dövrdə ailədə baş verən miras qalmaqalına görə xaricə köçdü və ailə sərvətindən imtina edib. Sonku isə sonradan İhsan Dorukdan boşanır.

Ərindən boşandıqdan sonra aktrisa özünə şirkət qurmaq istədi. Cahide Sonku Zəki Mürənin ilk filmi olan "Beklenen Şarkı" filminin həm rejissoru, həm də baş rol ifaçısı olub. Amma açdığı şirkətdə yanğın baş verir və aktrisa müflisləşir. Çökməyə doğru gedən Sonku spirtli içkiyə meyllənir. O qədər içki aludəçisi olmuşdu ki, boş şüşələri satıb pul qazanmağa çalışırdı.


Xəbərə aid fotolar