Heydər Əliyev mərkəzlərinin inteqrativ vebportalı yaradılır


Digərləri 08 Apr 2019 20:42:14 217 0

Heydər Əliyev mərkəzlərinin inteqrativ vebportalı yaradılır

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı şəhəri Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və bu kimi məsələlər müzakirə olunub.