SanSebastyan şəhərinin meri Eneko Qoya: "Azərbaycan mədəniyyətini öz şəhərimizdə görmək istərdik" VİDEO


Digərləri 08 Apr 2019 20:24:00 331 0

SanSebastyan şəhərinin meri Eneko Qoya: "Azərbaycan mədəniyyətini öz şəhərimizdə görmək istərdik"  VİDEO

https://www.youtube.com/watch?v=aASlelR1l4M&feature=youtu.be&fbclid=IwAR2O1BMo6twvDkhHefqDTT2kO3klXXHTzDNlL_IrwNd4SuPmDlUW5L_faf4

İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyası(ACAE), İspaniyanın San-Sebastyan şəhərində Azərbaycan mədəniyyətinin geniş təbliği üçün razılıq əldə edib. Bu barədə Son.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, ACAE prezidenti Fərid Mustafayev bildirib: "Biz uzun müddətdir İspaniyanın müxtəlif siyasi və iqtisadi dairələri ilə yaxşı münasibətlərimizdən istifadə edərək Azərbaycanı təbliğ edirik. Növbəti belə addımımız San Sebastyan şəhərində ölkəmizin mədıniyyətinin təbliği olacaq. Bu barədə artıq şəhər rəhbərliyi ilə danışıqlarımız olub. San-Sebastyanın meri Eneko Qoya ilə görüşümüzdə razılaşma əldə etmişik ki, bu şəhərdə də Azərbaycan mədəniyyətinin təbliği təşkil ediləcək. Biz San-Sebastyanda musiqiçilərimizin konsertlərini, müxtəlif sərgilər təşkil edəcəyik. Bu, həm də ölkəmizə turistik marağı artıracaq".

San-Sebastyan şəhərinin meri Eneko Qoya bu mövzuda deyib: "Mən, 2016-cı ildə Avropanın mədəniyyət paytaxtı seçilmiş San-Sebastyan şəhərinin meri olaraq deməliyəm ki, şəhərimiz bir çox mədəniyyətləri birləşdirir. Biz həmişə başqa ölkələrin mədəniyyətini şəhərimizdə görməyə hər zaman şadıq. Azərbaycan mədəniyyəti də bizə çox maraqlıdır və böyük məmnuniyyətlə Azərbaycan mədəniyyətini öz şəhərimizdə görmək istərdik".