ETSN: Çaylarda daşqın olacaq


Digərləri 08 Apr 2019 20:25:00 180 0

ETSN: Çaylarda daşqın olacaq

Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət açıqlanıb.

Bakı. Samir Əli - Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir. Qeyd edək ki, qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir. Son illərdə iqlim dəyişmələri nəticəsində bir çox ölkələrdə daşqın və sel hadisələrinin həm sayının, həm də intensivliyinin artma tendensiyası müşahidə olunur. Buna misal qonşu Gürcüstanı və son günlər İranın cənubunda baş verən sel hadisələrini göstərmək olar. Bildiririk ki, təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, mövcud vəziyyətin əvvəlcədən qiymətləndirilməsi müəyyən qabaqlayıcı tədbirlərin görülməsini mümkün edir. 2019-cu ildə gözlənilən gursululuq axımının proqnozunu tərtib etmək məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın dağlıq zonalarının çay hövzələrində dekabr-mart aylarında toplanan qarın miqdarı və sululuğu hesablanıb.