Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib


Digərləri 08 Apr 2019 20:15:00 177 0

Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib

Rusiya Federal Vergi Xidməti və Azərbaycan Vergilər Nazirliyi arasında İşçi Qrupu yaradılıb.

Bakı. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiya Federal Vergi Xidməti və Azərbaycan Vergilər Nazirliyi arasında İşçi Qrupu yaradılıb. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən İşçi qrupunun ilk iclasının keçirilməsi məqsədilə 3-5 aprel tarixlərində Rusiyanın Federal Vergi Xidmətinin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti İdarəsinin rəisi Dmitriy Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərdə olub. Səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrupu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb. M.Cabbarov işçi qrupunun iclasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli hesab etidiyini diqqətə çatdırıb.