Amerikalı hərbçi hicaba görə ABŞ ordusunu məhkəməyə verir


Dünya 08 Apr 2019 20:10:00 198 0

Amerikalı hərbçi hicaba görə ABŞ ordusunu məhkəməyə verir

Amerikalı hərbçi Sesiliya Valdovinos baş örtüyü ilə bağlı ortaya çıxan ixtilaflara görə ABŞ ordusunu məhkəməyə vermək qərarına gəlib.

Son.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Valdovinos artıq yeddi ilə yaxındır ki, ABŞ-ın quru qüvvələrində xidmət göstərir. 2016-cı ildə İslam dinini qəbul edib və o vaxtdan hicab taxır.

O əmin edir ki, 2018-ci ildə baş örtüyünə görə təzyiqlərlə üzləşib. Əfqanıstanda xidmətdə olan zaman silahdaşları onu "terrorçu", "İŞİD üzvü", "Ninza", "Kapüşonlu qız" deyə məsxərəyə qoyub.