Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək


Kriminal 08 Apr 2019 19:24:00 296 0

Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək

Beynəlxalq Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək

Beynəlxalq Muğam Mərkəzi ilk dəfə ərəb klassik fortepiano musiqisini təqdim edəcək.

Aprelin 12-də 2019- cu il tarixində Beynəlxalq  Muğam Mərkəzində saat 19.00-da Mərakəşli pianoçu Maruan Benabdallah tamaşaçıların önündə çıxış edəcək.

Mərakeş səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində Maruan Benabdallahın " Arabaesque " adlı konserti ərəb və digər ölkələrdə dinləyicilərin klassik musiqiyə maraqını cəlb etmək məqsədi daşıyır. İfaçı uşaq yaşlarından Almaniya, Avstriya, Çin, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyada konsert proqramları ilə çıxış etmişdir. Marouan Benabdallah İsrailin Tel-Əviv şəhərindəki Arthur Rubinstein Master müsabiqəsində mükafat qazanmışdı. Yerli mətbuat onun ifasını "möcüzəli" (Maariv) elan edib.