Barcelona Rakitiçlə bağlı açıqlama yaydı


İdman 08 Apr 2019 19:22:00 262 0

Barcelona Rakitiçlə bağlı açıqlama yaydı

Barcelona mövsümün sonunda komandadan ayrılacağı deyilən İvan Rakitiçlə bağlı açıqlama yayıb.

Goal.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Bartomeu İspaniya mətbuatıan açıqlamasında xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib:

“Rakitiç Barcelona-nın ən vacib futbolçularından biridir, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.

Qeyd edək ki, Barcelona ilə 2021-ci ilədək müqaviləsi olan Rakitiçin Juventus-la razılıq əldə etdiyi haqda xəbərlər yayılıb.