Orta məktəblərdə buraxılış imtahanları ləğv olunur


Dünya 08 Apr 2019 19:10:00 253 0

Orta məktəblərdə buraxılış imtahanları ləğv olunur

Gürcüstan parlamenti hökumətin orta məktəblərin 11 və 12-ci siniflərində buraxılış imtahanlarının ləğv edilməsi barədə təşəbbüsünü dəstəkləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Ümumi təhsil barədə" qanuna dəyişikliklər rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən 11 il təhsil alan şagirdlər üçün 2019-cu ildən, 12 il təhsil alan şagirdlər üçün isə 2020-ci ildən buraxılış imtahanları ləğv ediləcək.