Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib


Digərləri 08 Apr 2019 19:02:00 221 0

Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib

Heydər Əliyev Mərkəzində "Fərqli fərdlər" adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib. Konqres Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin dəstəyi, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə təşkil edilib.

Belə bir konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdan ibarətdir. Tədbir dörd panel üzrə keçirilib. Panellərdə autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, "Turetta" sindromu və Daun sindromu mövzuları Konqresdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər çıxış edib. Fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar öz həyat hekayələrindən danışıblar.


Xəbərə aid fotolar