S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1cisi oldu


Digərləri 08 Apr 2019 19:05:00 287 0

S.C.Pişəvari adına Gimnaziya Azərbaycan 1cisi oldu

6 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə  FIRST LEGO LEAGUE (FLL) - STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirildi.

Son.az xəbər verir ki, turnirin bu ilki mövzusu kosmosa həsr olunub və "Into Orbit" adlanır.

Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılmışdır.  Şagirdlər "Əsas dəyərlər", "Robot dizaynı", "Layihə təqdimatı" və "Robot oyunu" adlı 4 kateqoriya üzrə yarışdılar.  Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə  Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparıldı.