SOCAR-ın müqavilələrinin yarısından çoxu Azərbaycan şirkətlərinin payına düşür


Digərləri 08 Apr 2019 19:06:00 239 0

SOCAR-ın müqavilələrinin yarısından çoxu Azərbaycan şirkətlərinin payına düşür

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ildən 2019-cu ilin fevralınadək subpodratçı, istehsalçı və tədarükçülərlə bağladığı müqavilələrin 56 faizə yaxını Azərbaycan şirkətlərinin payına düşür

Bakı. Sara İsrafilbəyova - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ildən 2019-cu ilin fevralınadək subpodratçı, istehsalçı və tədarükçülərlə bağladığı müqavilələrin 56 faizə yaxını Azərbaycan şirkətlərinin payına düşür. Trend-in məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.