"Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb


Digərləri 08 Apr 2019 18:30:00 296 0

"Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb

Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.

Bakı. Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş "Diqlas" ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.