Teymur da "Shamkir Chess 2019"da qalib olmaq şansını itirdi


İdman 08 Apr 2019 18:30:00 265 0

Teymur da "Shamkir Chess 2019"da qalib olmaq şansını itirdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində ardıcıl 8-ci dəfə heç-heçə edib.

32 yaşlı qrossmeyster VIII turda Hindistan təmsilçisi Vişvanatan Anandla da xalı yarı bölüb. Bununla da Azərbaycan təmsilçilərinin hazırkı superturnirdə qalib ola bilməyəcəkləri dəqiqləşib. Daha əvvəl ənənəvi yarışın ikiqat qalibi Şəhriyar Məmmədyarov birinci yer şansından məhrum olub. 

Hazırda turun Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Son dünya çempionu Maqnus Karlsen qələbə qazanacağı təqdirdə, finişə bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov və Vişvanatan Anandın 4 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq. Lider Karlsenin 5, ikinci pillədəki Karyakinin 4,5 xalı var.