4 yaşlı qız bir ilə 1,6 milyon dollar qazandı FOTO


Digərləri 08 Apr 2019 18:18:00 223 0

4 yaşlı qız bir ilə 1,6 milyon dollar qazandı  FOTO

4 yaşlı Qebriel və böyük qardaşı, 5 yaşlı Aleks YouTube-un ən gənc ulduzları sırasındadır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin şimalında yaşayan ailədə böyüyən bacı-qardaşın YouTube-dakı "Toys and Little Gaby" kanalının 10,9 milyon dollardan artıq daimi təqibçisi var. Kanaldakı videolara ümumi baxış sayı 3,6 milyardı keçib.

Əslən Latviyadan olan 28 yaşlı Sabinanın dediyinə görə, üç il əvvəl oğlu və qızının hərəkətlərinin şən videolarını toplayaraq YouTube-da kanal yaratdı.

Daha sonra Sabina övladlarına aldığı oyuncaqlarla onların tanış olduqları, saf-çürük etdikləri anları çəkməyə başladı.


Xəbərə aid fotolar