BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb


Digərləri 08 Apr 2019 18:15:56 167 0

BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Bakı. Bakı Dövlət Universitetində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub. Dünya şöhrətli alim, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə keçirilən seminarı AMEA Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq onun Fizika elminə verəcəyi töhfəsi barədə danışıb və ölkələr arasında elmi sahədə əlaqələrin inkişaf etdirilməsində geniş rola malik olduğunu bildirib. BDU-nun rektoru Elçin Babayev Azərbaycan, Almaniya, Rusiya Federasiyası, Çex Res­pub­likası, Polşanın nüfuzlu alimlərinin, tanınmış mütəxəs­sis­ləri­nin iş­tirakı ilə keçirilən, nüvə və elementar zərrəciklər fizikası ilə bağlı aparıcı mütəxəssisləri bir araya gətirən seminarın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzulayıb, BDU-nun əməkdaşlığa töhfə verəcəyini qeyd edib.