Beynəlxalq Muğam Mərkəzində "Muğam 2019" Televiziya Müsabiqəsi davam edir


Kriminal 08 Apr 2019 17:51:00 43 0

Beynəlxalq Muğam Mərkəzində "Muğam 2019" Televiziya Müsabiqəsi davam edir

2019- cu il aprelin 5-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019"  VII Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri şair, qəzəlxan, Əməkdar İncəsənət Xadimi ,Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Vahidin yaradıcılığına həsr olunmuşdu. Son.az xəbər verir ki, bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər. Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Müsabiqənin başlanğıcında  unudulmaz sənətkar,  Xalq artisti Sara Qədimovanın  ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi. Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Zibər Zamanova öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Behman Əlayi, Suma Tapdıqova, Rəvan Qaçayev, Nəcibə Məmmədova, Murad Rüstəmzadə və İlahə Rüstəmova çıxış etdilər. Müsabiqədə Xəyal Hüseynov,Hüseyn Səba,Zülfiyyə Cəbrayılzadə,Zaur Mürsəlov,Qələm Qocamanova,Faiq Əkbərov, Zibər Zamanova,Vəliş Mirzəyev,Türkanə Nəcəfova, Suma Tapdıqova,Rəvan Qaçayev,Nəcibə Məmmədova,Murad Rüstəmzadə,İlahə Rüstəmova 63 bal, Tariyel Vəliyev 62 bal,  Mehin Qarayeva,Əfqan Mahmudov 59 bal topladı. Müsabiqənin şərtlərinə görə ən az toplayan iştirakçı Behnam Əlayi 58 balla yarışmanı tərk etdi. Müsabiqənin növbəti tədbiri aprelin 9-da keçiriləcək.

Son.az 

Prezident İlham Əliyev Elçin Bağırovu “Şöhrət” ordeni ilə təltif edib like
  • 08 Apr 17:50  
Digərləri Prezident İlham Əliyev Elçin Bağırovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Elçin Bağırovun “Şöhrət” ordeni ilə təltif

arrow Ətraflı
Bakıda evdən 40 min manatlıq qızıl əşyalar oğurlanıb like
  • 08 Apr 17:49  
Digərləri Bakıda evdən 40 min manatlıq qızıl əşyalar oğurlanıb

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin biri

arrow Ətraflı
Atletico Madrid Jan Oblakla bağlı qərarını verdi like
  • 08 Apr 17:46  
İdman Atletico Madrid Jan Oblakla bağlı qərarını verdi

Atletico-nun qapıçısı Yan Oblakın taleyinə aydınl

arrow Ətraflı
NATOnun 70 illiyi: like
  • 08 Apr 17:46  
Siyasət NATOnun 70 illiyi:

http://newtimes.az/az/organisations/6037/

arrow Ətraflı
"Anam Kənanla Zümrüdün çimərlik geyimindəki şəklini cırdı" like
  • 08 Apr 17:46  
Şou-biznes "Anam Kənanla Zümrüdün çimərlik geyimindəki şəklini cırdı"

Müğənni Aygün Mahmudova "X maqazin" proqramının qonağı olub. 

arrow Ətraflı
Dünyanın ən uzunboylu siyasətçisi like
  • 08 Apr 17:42  
Dünya Dünyanın ən uzunboylu siyasətçisi

Nyu York Şəhər Şurasının üzvü Robert Kornegi dünyanın ən uzunboylu si

arrow Ətraflı
Vəkil Fədayə Laçına şərti cəza istədi like
  • 08 Apr 17:41  
Digərləri Vəkil Fədayə Laçına şərti cəza istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qa

arrow Ətraflı
“Startap günləri” layihəsinə başlanıb (FOTO) like
  • 08 Apr 17:40  
Digərləri “Startap günləri” layihəsinə başlanıb (FOTO)

Azərbaycan Beynəlxalq Bankı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar

arrow Ətraflı
Özbəkistanda güclü partlayış: like
  • 08 Apr 17:39  
Dünya Özbəkistanda güclü partlayış:

Özbəkistanda güclü partlayış qeydə alınıb.

arrow Ətraflı
DİN oğurluqlarla bağlı sürücülərə like
  • 08 Apr 17:38  
Digərləri DİN oğurluqlarla bağlı sürücülərə

Daxili İşlər Nazirliyi (DİN) oğurluq halları ilə bağlı sürücülərə

arrow Ətraflı
Azərbaycanlı məşhur müğənni like
  • 08 Apr 17:35  
Digərləri Azərbaycanlı məşhur müğənni

Azərbaycanlı tanınmış müğənni Emil Rəhmanov intihar etmək istəyib.

arrow Ətraflı
Vəkil Fədayə Laçına şərti cəza istədi like
  • 08 Apr 17:33  
Digərləri Vəkil Fədayə Laçına şərti cəza istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qa

arrow Ətraflı
"Keyfiyyətli musiqiyə qulaq asan yoxdur” like
  • 08 Apr 17:33  
Şou-biznes "Keyfiyyətli musiqiyə qulaq asan yoxdur”

İfaçı bir sıra məsələlərə aydınlıq gətirib.

arrow Ətraflı
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir (FOTO) like
  • 08 Apr 17:29  
Digərləri Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir (FOTO)

Osloda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin

arrow Ətraflı