“Startap günləri” layihəsinə başlanıb (FOTO)


Digərləri 08 Apr 2019 17:40:00 202 0

“Startap günləri” layihəsinə başlanıb (FOTO)

Azərbaycan Beynəlxalq Bankı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə “Startap günləri” layihəsinə başlayır.

Bakı. İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə “Startap günləri” layihəsinə başlayır. Bankdan Trend-ə verilən məlumata görə, Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub. Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə “Startap günləri” keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.