"Keyfiyyətli musiqiyə qulaq asan yoxdur”


Şou-biznes 08 Apr 2019 17:33:00 243 0

"Keyfiyyətli musiqiyə qulaq asan yoxdur”

İfaçı bir sıra məsələlərə aydınlıq gətirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün 10 milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi münasibətilə təşkil olunan konsertdə iştirak edib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı bir sıra məsələlərə aydınlıq gətirib.

O, yaxın günlərdə yeni klipi ilə izləyicilərin qarşısına çıxacağını deyib:

"Yaxın günlərdə işıq üzü görəcək. Romantik bir mahnıdır. Musiqisi Hakan Erola, sözləri Leyliyə aiddir. Hazırda montaj gedir. Ekran işini Bakıda çəkdirmişəm. Zülfiyyə Xanbabayeva klipləri deyəndə ağıla Fuad Əlişov gəlir. Bu dəfə də klipimi ona etibar etmişəm".

Xanbabayeva söhbət zamanı keyfiyyətli musiqiyə dəyər verənlərin az olduğunu bildirib:

"Hər zaman bayağılıq olub, olacaq da. Onlar keçicidir. Zaman gələcək, hər şey ələnəcək. Bilinəcək ki, tarixdə kimlər qalacaq. İndi daha qabarıq şəkildə bayağılıq var. Çünki buna efirlər icazə verir. Zaman gələcək bunun da qarşısı alınacaq. 30 ildir səhnədəyəm. Tez-tez efirə çıxmaq, mahnılar ifa etmək kimi bir vərdişim olmayıb. Həmişə az görünmüşəm. İndi isə daha da kənara çəkilmişəm. Yəqin ki, bunlar bayağılığa görədir. Düşünürəm ki, keyfiyyətli musiqiyə qulaq asan yoxdur".

O, "Tamaşaçılar sizdən konsert gözləyir" ifadəsinə maraqlı cavab verib: