"Elinanın gəzmədiyi oğlan qalmamışdı, gündə qəlyan çəkməyə gedirdi..."


Digərləri 08 Apr 2019 17:12:42 288 0

"Elinanın gəzmədiyi oğlan qalmamışdı, gündə qəlyan çəkməyə gedirdi..."

Özünü 162 nömrəli məktin dördüncü mərtəsindən ataraq intihar edən 14 yaşlı Elina Hacıyeva ilə bağlı açılan cinayət işinə görə hüquq mühafizə orqanlarının əməkdaşları bu gün məktəbdə olublar. 

Son.az xəbər verir ki, "Yeni Sabah"ın əməkdaşı hadisənin baş veriyi məktəbdə olub. 

Məktəbin mühafizəçisi əməkdaşımızı direktor Sevinc Abbasova ilə görüşməyinə icazə verməyib. Buna səbəb kimi BŞTİ-dən icazə verilməsinin tələb olunduğunu deyib. 

Məktəbin psixoloqu Könül Ağayevə ilə də görüşmək mümkün olmayıb. 

Hazırda məktəbdə Səbail Rayon Prokrorluğunun nümayəndələri məktəbdə Elinanın sinif yoldaşlarının valideynləri ilə görüşür. Məktəb isə polis nəzarətindədir. 

Şagirdlərin dediklərinə görə, Elinaya məktəbdə münasibət birmənalı olmayıb: "Çox tərbiyəsiz qız idi. Gəzmədiyi oğlan qalmamışdı. Mini geyirdi, gündə saçına bir rəng qoyurdu. Oğlanlarla qəlyana gedirdi. Tənəffüsdə siqaret çəkirdi. Uşaqlar onu pivə içən yerdə görüb. Müəllimlər onu tez-tez danlayır. Məktəbdə hamı onu söyürdü".