“Qızımın yeddi yaşı var, döyülən vaxtı deyil”


Şou-biznes 08 Apr 2019 17:19:00 312 0

“Qızımın yeddi yaşı var, döyülən vaxtı deyil”

Müğənni Gülay Zeynallı övladı ilə bağlı "ATV maqazin onlarla" verilişinə açıqlamalar verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı qızı Sahilənin ərköyün olduğunu söyləyib:

"Bizim ailədə övladı sıxmaq, nəyəsə məcbur etmək yoxdur. Xoşbəxtəm ki, övladımı elə sevən atası var. Mənə də asan olur ki, atası ilə çox vaxt keçirir, mən də işlərimi görürəm. İş-güc görməyimin də səbəbi övladımın gələcəyi üçündür. Mən də analıq borcunu yerinə yetirməliyəm. Ərköyün uşaqdır. Yeddi yaşı var, döyülən, vurulan vaxtı deyil. Körpədir, ona nələrisə keçmək olar".