DİN-dən sürücülərə oğurluqla bağlı xəbərdarlıq


Digərləri 08 Apr 2019 17:19:30 169 0

DİN-dən sürücülərə oğurluqla bağlı xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) oğurluq halları ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) oğurluq halları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.