“Məcburam onunla dostluq edim?”


Şou-biznes 08 Apr 2019 16:43:00 372 0

“Məcburam onunla dostluq edim?”

Əməkdar artist Abbas Bağırov "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramına qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarı Zamiq Hüseynovla münasibətlərinin pozulmasından söz açıb:

"Zamiqlə əvvəllər yaxşı münasibətim olub, dəfələrlə mən onlara, o, bizə gəlib. Ailəsi ilə də münasibətim olub. O şeyləri unuda bilmərəm. Sadəcə, aramızda narazılıqlar olub.

Elə verilişlər və tədbirlər olur ki, eyni yerə düşmüşük. Mən oturmuşam, o gəlir, mənə "salam" vermir. Mən ona niyə "salam" verim ki? "Salam" sənin mədəniyyətin, tərbiyəndir. Onun münasibətə heç bir aiddiyyəti yoxdur".