Bu il ƏƏSMN 60 minə yaxın müraciəti cavablandırıb


Digərləri 08 Apr 2019 16:48:00 176 0

Bu il ƏƏSMN 60 minə yaxın müraciəti cavablandırıb

7 266 vətəndaş fərdi qaydada qəbul edilib

Bakı. 2019-cu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 58 988 vətəndaş müraciəti cavablandırılıb. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, müraciətlərin 28 262-si məktub, ərizə ilə, e-qaydada, 27 378-i 142 “Çağrı mərkəzi” vasitəsilə, 1180-i iş telefonlarına, 2168-i sosial şəbəkələr (facebook, instagram səhifələri) ilə edilib. Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri (o cümlədən bölgələrdə qəbullar zamanı 85 nəfər) nazir tərəfindən qəbul edilib.