Prezident İlham Əliyev xəstəxana tikintisinə 1 milyon manat ayırdı


Siyasət 08 Apr 2019 16:35:00 254 0

Prezident İlham Əliyev xəstəxana tikintisinə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.