Formula 1 vaxtı Bakıda bu yollar bağlanacaq


Digərləri 08 Apr 2019 16:25:00 214 0

Formula 1 vaxtı Bakıda bu yollar bağlanacaq

26-28 aprel tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq 2019 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Son.az-a verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə metronun "28 May", "Sahil" və "İçərişəhər" stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi - Azərbaycan prospekti - Füzuli meydanı - Zivərbəy Əhmədbəyov küçəsi - Tbilisi prospekti - 20 Yanvar küçəsi - A.Məhərrəmov küçəsi - Mir Cəlal küçəsi.

Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır:

Metronun "Nəriman Nərimanov" stansiyası - "28 May" stansiyası (Salatın Əsgərova küçəsi) - "28 May" stansiyası (Cəfər Cabbarlı küçəsi) - 28 May küçəsi (Səməd Vurğun bağı) - Nizami küçəsi və Rəşid Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı).

Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.