Bakıda köhnə mənzillər bahalaşıb, yenilər isə...


Digərləri 08 Apr 2019 16:15:00 276 0

Bakıda köhnə mənzillər bahalaşıb, yenilər isə...

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

Bakı. Elçin Mehdiyev - Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb. "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, martda təkrar mənzil bazarında qiymətlərdə 1.13 faiz, il ərzində isə 5.81 faiz artım olub. Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3 faiz azalıb, lakin il ərzində 5.68 faiz artım olub: