Bakıda evdən 80 yaşlı qadının meyiti tapıldı


Digərləri 08 Apr 2019 15:39:00 194 0

Bakıda evdən 80 yaşlı qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.