Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb


Digərləri 08 Apr 2019 15:21:00 226 0

Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatı ilə bağlı ilginc iddia səslənib.

Son.az xəbər verir ki, movqe.az-a açıqlamasında ekspert Kamran Əsədov bildirib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməyib: 

"Elina özünü atandan sonra iki saat yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızın həyatını qurtarmaq mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır".