Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyilmiş


Digərləri 08 Apr 2019 15:25:00 242 0

Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyilmiş

Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və onun şəklini paylaşdığı uşaq 10 milyonuncu vətəndaş deyil.

Son.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Mərkəzin direktoru Sevinc Məmmədova deyib. O bildirib ki, bu günə kimi ana və uşağın yanına heç kim buraxılmayıb:

"Mən heç kimi içəri buraxmamışam. Kimsə haradasa şəkil çəkdirib, sosial şəbəkələrdə yayıb. Onu öz adından verməsin, çünki bizdə o şəkil çəkilməyib və Hacı Nuranın qucağındakı uşaq həmin körpə deyil".