Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq


Digərləri 08 Apr 2019 15:24:00 201 0

Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq

Yeni idarəetmə modeli övladlığa götürmədə uşaqların mənafelərinin üstünlüyü prinsipinə əsaslanır

Bakı. Bu ilin ortalarından övladlığa götürmədə yeni modelin tətbiqinə başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Sahil Babayev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında vurğulayıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığa götürmə sahəsində hazırlanmaqda olan yeni idarəetmə modeli övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır. O bildirib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin cari ilin ortalarından tətbiqi nəzərdə tutulur.