“Həmin söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm” Anar


Şou-biznes 08 Apr 2019 15:12:00 213 0

“Həmin söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm”  Anar

"Space" TV-nin "Hər səhər" verilişində yaşanan biabırçı hadisədən sonra verilişin yaradıcı heyəti töhmət aldı. Verilişin aparıcısı Anar Vaqifoğlu televiziyada aparıcısı olduğu bütün verilişlərdən uzaqlaşdırılıb. 

Son.az xəbər verir ki, məsələ ilə bağlı news24.az-a açıqlama verən Anar Vaqifoğlu həmin söyüşü eşitmədiyini deyib:

""Space" telekanalındakı bütün verilişlərdən uzaqlaşdırılmışam. Amma radiodakı fəaliyyətim davam edir. Həmin söyüş işlədiləndə eşitməmişəm. Qulağımda rejissorları eşitmək üçün qulaqlıq var idi. Sadəcə, etika xatirinə gülmüşəm. Bu, o demək deyil ki, onlar mənim üzümə söyüblər və mən də gülüşlə qarşılamışam. İlk başda mövzunun mahiyyətini anlamadım. Olanlardan hamı kimi sonradan xəbər tutdum".