"Biz Real Madrid deyilik" - Yürgen Klopp Liverpool-u favorit saymır


İdman 08 Apr 2019 15:17:00 268 0

"Biz Real Madrid deyilik" - Yürgen Klopp Liverpool-u favorit saymır

Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir.

Goal.az xəbər verir ki, sabah 1/4 final mərhələsinə start veriləcək.

İlk gündə İngiltərənin 3 təmsilçisi meydana çıxacaq. Liverpool Porto-nu qəbul edəcəksə, Premyer Liqa təmsilçiləri Tottenham-lə Manchester City üz-üzə gələcək.

Turnirdə mümkün qədər irəliləməyi hədəfləyən Liverpool Porto ilə oyunların aşkar favoritidir. Lakin "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ehtiyatlı danışıb. O, ÇL-də favorit göstərilməyə hazır olmadıqlarını etiraf edib: "Biz çox iddialıyıq. Uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik. İlk oyun "Enfild Roud"da olacaq. Bu, bizim üçün çox önəmlidir. Çempionlar Liqasında 2-ci mövsümümüzdür, 12-ci yox. Biz son üç ildə turnirin qalibi olan Real Madrid deyilik. Rəqabəti sevirik və qələbə üçün bütün gücümüzü ortaya qoyacağıq".

Tottenham-in yeni arenasında yerli komandanın qonağı olacaq Manchester City, nəhayət ki, bu mövsüm ÇL-i qazanmaq niyyətindədir. "Şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bruyne təqvimin sıxlığından narahat olduqlarını söyləyib: "Oyunun Tottenham-in yeni stadionunda keçirilməsi elə böyük önəm daşımır. Ola bilsin ki, rəqib daha həvəsli oynasın. "Uembli"də də 80 min azarkeş olurdu. Azarkeş hər yerdə eynidir. Çətin oyun olacaq, ancaq hər şey qaydasındadır. Stadiondan deyil, rəqibdən narahatam. İstirahət etmədən oynayırıq, təqvim çox sıxdı. 4 həftə ərzində nə baş verəcəyini birlikdə görəcəyik".

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.