Güləşçilərimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədilər


Digərləri 08 Apr 2019 15:10:00 159 0

Güləşçilərimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədilər

Güləşçilərimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədilər.

Bakı. Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb. Trend-in məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/8 finalda moldovalı Aleksandru Kirtoakanı məğlub edərək (9:7) növbəti mərhələyə yüksəlib. 65 kq çəkidə ölkəmizi təmsil edən Hacı Əliyev təsnifatda Belarus idmançısı Hüseyn Şaxbanova 7:2, 1/8-də erməni Vazgen Tevanyana isə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə rəqibi Rusiya güləşçisi Naçin Kular olub. H.Əliyev bu rəqibini də sıradan çıxarıb - 5:3.