Turizm obyektləri ilə bağlı


Digərləri 08 Apr 2019 15:08:00 188 0

Turizm obyektləri ilə bağlı

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Turizm haqqında" qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.