Dövlət Dəniz Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib


Digərləri 08 Apr 2019 15:07:00 183 0

Dövlət Dəniz Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib

Dövlət Dəniz Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.

Bakı. D Dövlət Dəniz Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib. Qurumdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Dəniz Agentliyinin hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli 352-IIIQ nömrəli Qanununun müddəalarına toxunan Fərhad Məmmədov bildirdi ki, qeyd olunan Qanunun əsas məqsədləri dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi ibarətdir. Tədbir zamanı bildirildi ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı, etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir. Bununla əlaqədar olaraq Agentliyin rəhbərliyi tərəfindən əməkdaşların etik davranış qaydalarına əməl etməsinə ciddi nəzarət edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıldı. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun dövlət qulluqçusunun vicdanlı davranışı, loyallığı, dövlət orqanlarına və dövlət qulluqçusuna olan ictimai etimadın artırılmasında dövlət qulluqçusunun rolu, dövlət qulluqçusundan tələb olunan mədəni davranış, dövlət qulluqçusunun qərəzsizliyi, dövlət əmlakından və məlumatlardan istifadə zamanı tələb olunan davranış forması, konfidensiallığın qorunub saxlanmasına riayət edilməsi ilə bağlı normaları barədə tədbir iştirakçılarına geniş məlumat verildi.