Bakıda iki qadın faciəvi şəkildə öldü


Digərləri 08 Apr 2019 14:54:00 163 0

Bakıda iki qadın faciəvi şəkildə öldü

Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisələrdən biri dünən paytaxtın Yeni Suraxanı qəsəbəsində, Xəlilov küçəsi 5 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda 1994-cü il təvəllüdlü Çinarə Nüsrət qızı Kərimova hamam otağında dəm qazından boğularaq ölüb.

Daha bir analoji hal paytaxtın Binəqədi rayonu, Çiçəkli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Aysel Bəxtiyar qızı İbrahimova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.