Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər


Dünya 08 Apr 2019 14:35:00 197 0

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

"Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq".