“İnsan yataqxanada necə yaşaya bilər?”


Şou-biznes 08 Apr 2019 14:26:00 238 0

“İnsan yataqxanada necə yaşaya bilər?”

“Ailədə 3 övlad olmuşuq. Müharibə dövründə Bakıya gəldik"

Ailədə 3 övlad olmuşuq. Müharibə dövründə Bakıya gəldik. BDU-nun yanında yataqxanada məskən saldıq. Anam 3 yerdə işlədi ki, bizi dolandıra bilsin.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova "Şou ATV" proqramına qonaq olarkən deyib.

Sənətçi verilişdə keçmişə nəzər salaraq yeniyetməlik dövründə çalışdığını qeyd edib: "İndi qızımın 14 yaşı var. Onunla söhbət zamanı deyirəm ki, sənin yaşında mən anamla işləmişəm. Bizim evin yanında bina var idi, orada gözətçi kimi çalışmışam. Uşaqlıq illərimdə çox əziyyət çəkmişəm. İnsan birotaqlı evdə, yataqxana şəraitində necə yaşaya bilər? Çox əziyyət görmüşəm".